"Real"ın rəqibi "Liverpul" oldu: Çempionlar Liqasında
19 mart 2021 15:29 (UTC +04:00)

"Real"ın rəqibi "Liverpul" oldu: Çempionlar Liqasında

Çempionlar Liqasında mövsümün son püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, tədbirdə 1/4, 1/2 və final mərhələlərinin püşkü atılıb.

Öncə 1/8 final səddini adlayan komandalar 4 cütlük təşkil edib. Ardınca yarımfinalda qalibləri üz-üzə gələcək cütlər müəyyənləşib. Finalın nominal meydan sahibinin də adına püşk aydınlıq gətirib.

Çempionlar Liqası

1/4 final (6/7 – 13/14 aprel)

1. “Mançester Siti” (İngiltərə) - “Borussiya” (Dortmund, Almaniya)

2. “Porto” (Portuqaliya) - “Çelsi” (İngiltərə)

3. “Bavariya” (Almaniya) - PSJ (Fransa)

4. “Real” (İspaniya) - “Liverpul” (İngiltərə)

1/2 final (27/28 aprel – 4/5 may)

5. 3-cü cütün qalibi - 1-ci cütün qalibi

6. 4-cü cütün qalibi - 2-ci cütün qalibi

Final (29 may)

5-ci cütün qalibi - 6-cı cütün qalibi

Qeyd edək ki, turnirin final oyunu Türkiyənin İstanbul şəhərində keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2331
avatar

Oxşar yazılar