“Real”ın “Liverpul”un  ulduzunun transferinə   bir addım qaldı
26 mart 2025 10:14 (UTC +04:00)

“Real”ın “Liverpul”un ulduzunun transferinə bir addım qaldı

“Real”m yayda "transfer bombası partlatmağa" hazırlaşır.

Lent.az xarici mediaya istinadla bildirir ki, Fabrisio Romanonun xəbərinə görə, “Kral klubu” “Liverpul”un müdafiəçisi Trent Aleksandr-Arnold ilə müqavilə bağlamağın bir addımlığındadır. Artıq ingilisə rəsmi müqavilə təklifi də edilib.

Bütün tərəflər müqavilənin imzalanacağına əmindirlər. Madrid klubu il boyu Arnoldun mersisaydlılardakı vəziyyətini diqqətlə izləyib.

Romano qeyd edir ki, söhbət Trentin "Real"la müqavilə imzalayıb-imzalamamasından deyil, bunu dəqiq nə vaxt edəcəyindən gedir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 758

Oxşar yazılar