“Real”ın əfsanəsi Ermənistan millisinin baş məşqçisi  ola bilər
05 noyabr 2024 13:55 (UTC +04:00)

“Real”ın əfsanəsi Ermənistan millisinin baş məşqçisi ola bilər

Ermənistan Futbol Federasiyasının vitse-prezidenti Armen Nikoqosyan milli komandaya yeni məşqçi axtarışından danışıb. 

Lent.az bildirir ki, bu barədə “Fast News” xəbər verir.

Məlum olduğu kimi, oktyabrın 13-də Aleksandr Petrakovun Ermənistan millisinin baş məşqçi postunu tərk edib.

"Şimali Makedoniya ilə oyundan sonra Aleksandr Petrakovla paltardəyişmə otağında vidalaşdıq və ona işinə görə təşəkkür etdik. O, bir neçə gün İrəvanda qaldı və getdi. Petrakovun da şəxsi problemləri vardı və təcili getməli oldu. Onun məşqçilər korpusunun üzvləri qalıb və indi də işləyirlər.

Yeni baş məşqçinin təyin olunması ilə bağlı danışıqlar hər gün davam edir. Danışıqlar çox gərgin gedir. Federasiya prezidenti Armen Melikbekyanla Mişel Ter-Zakaryanla görüşdük, lakin onun böyük maliyyə tələbləri var. Marqar Ağacanyanın versiyasını da müzakirə etdik. Onunla da görüşlərimiz oldu. Namizədlər arasında çoxlu mütəxəssis var, o cümlədən Raul. “Noa”ın baş məşqçisi Ruem Mota ilə danışıqların aparılması barədə xəbərlər yalandır”, - Nikoqosyan bildirib.

Raul 1994-cü ildən 2010-cu ilə qədər "Real"da çıxış edərək, oynadığı oyunların sayına görə klubun rekordçusu (741) və qol sayına görə (323) klub tarixində üçüncü olub. 2018-ci ildə Madrid klubunun gənclər komandasına rəhbərlik edərək məşqçilik karyerasına başlayıb.

2019-cu ildən Raul "Real"ın ikinci komandası olan "Kastilya"ya rəhbərlik edir. Ötən mövsüm komanda Sequnda Divizionuna yüksəlmək üçün pley-offda “Barselona”nın ikinci komandasına uduzaraq (2:4) İspaniya üçüncü divizionunda üçüncü yeri tutub. Bu mövsüm “Kastilya” 18-ci yerdədir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1992
avatar

Oxşar yazılar