Yarımmüdafiəçi Franko Mastantuono bu gün, öz ad günündə “Real”ın futbolçusu kimi təqdim olunub.
Lent.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.
18 yaşlı argentinalının təqdimatı Bakı vaxtı saat 13:00-da “Real Madrid City”də keçirilib, ardından isə oyunçu jurnalistlərlə görüşüb. Mastantuono Madrid klubu ilə 30 iyun 2031-ci ilədək müqavilə imzalayıb.
Yarımmüdafiəçi “River Plate” klubunun heyətində 62 oyunda çıxış edərək 10 qol vurub və 7 qol ötürməsi edib. Transfermarkt portalı futbolçunun dəyərini 30 milyon avro olaraq qiymətləndirir.