“Real” Rodriqonun qiymətini AÇIQLADI
04 may 2025 16:34 (UTC +04:00)

“Real” Rodriqonun qiymətini AÇIQLADI

"Real” Rodriqonun transfer qiymətində güzəştə getməyəcəklərini açıq şəkildə bildirib.

"Real" yay transfer pəncərəsində hücumçu Rodriqonu satmağı düşünəcək. 

Lent.az-ın xarici mətbuata istinadla xəbərinə görə, braziliyalı futbolçu ilə Londonun “Arsenal” və “Mançester Siti” klubları maraqlanır. 

“Kral klubu” cinah hücumçusu üçün start qiyməti müəyyənləşdirib. Maraqlanan klublar ən azı 100 milyon avro ödəməli olacaqlar. Rodriqonun özü komandanın növbəti baş məşqçisi ilə danışdıqdan sonra gələcəyi ilə bağlı qərar verəcək.

Bu mövsüm hücumçu bütün turnirlərdə 50 oyun keçirib, 13 qol vurub və 10 məhsuldar ötürmə edib. Braziliyalının Madrid klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir. O, 45 milyona Santosdan Madridə köçüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 519

Oxşar yazılar