“Real” ilə  Çempionlar Liqasının qalibi   48 yaşında vəfat etdi
28 fevral 2025 17:03 (UTC +04:00)

“Real” ilə Çempionlar Liqasının qalibi 48 yaşında vəfat etdi

Xavyer Dorado uzun müddətdir ki, mürəkkəb xəstəliklə mübarizə aparırdı.

2000-ci ildə “Kral klubu” ilə Çempionlar Liqasının qalibi olmuş "Real"ın keçmiş futbolçusu Xavyer Dorado 49 yaşında vəfat edib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, faciəli xəbəri Madrid klubunun mətbuat xidməti yayıb.

Məlumata görə, ölüm səbəbi keçmiş futbolçunun uzun müddətdir mübarizə apardığı mürəkkəb xəstəlik olub.

Dorado “Real”ın yetirməsidir və 1999-cu ildə Madridin əsas komandasında debüt edib, lakin cəmi səkkiz oyun keçirib.

Xavyer sol cinah müdafiəçisi kimi çıxış edib. O, 1999/2000 mövsümündə Çempionlar Liqasını qazanan Visente del Boskenin komandasının heyətində olub.

Dorado “Rayo Valyekano”, “Sportinq Xixon” və “Malyorka”da da çıxış edib. 2012-ci ildə karyerasını başa vurub.
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 502

Oxşar yazılar