"Real" bu 4 nəfərdən birini transfer edəcək
17 oktyabr 2024 09:35 (UTC +04:00)

"Real" bu 4 nəfərdən birini transfer edəcək

“Real Madrid” müdafiəçi və “Liverpul”un kapitanlarından biri Trent Alexander-Arnold ilə müqavilə imzalamağın asan olmayacağını düşünür.

Lent.az xarici mediaya istinadla bildirir ki, buna görə də klub üç alternativ transfer hədəfini nəzərdən keçirir.

Məlumata görə, "Real Madrid" Pedro Porro (Tottenhem), Ceremi Frimponq (Leverkuzen) və Xuanlo Sançesi (Sevilya) fəal şəkildə izləyir.

Transfermarkt saytında 25 yaşlı ispan Porronun qiyməti 45 milyon avro, 23 yaşlı Frimponq 50 milyon avro, 21 yaşlı “Furia Roja”nın gənclər komandasının oyunçusu Xuanlonun qiyməti isə 15 milyon avrodur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 672
avatar

Oxşar yazılar