"Real" 120 milyon avroya ingilis futbolçunu almağa qərar verib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, "Kral klubu" "Borussiya Dortmund" və İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqhemlə maraqlanır.
İspanlar yarımmüdafiəçi üçün 120 milyon avrodan çox pul ödəməyə hazır olduqlarını deyiblər. Madrid klubunun nümayəndələri yanvarda danışıqların xeyli irəliləyəcəyindən əmindirlər.
Qeyd edək ki, 19 yaşlı Bellinqhem 2020-ci ildən "Borussiya"da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 22 oyuna çıxıb, 9 qol vurub və 3 məhsuldar ötürmə edib.
Yarımmüdafiəçi İngiltərə millisində 18 oyuna 1 qol vurub. "Transfermarkt.de" portalı onun dəyərini 110 milyon avro qiymətləndirir.