İngiltərə Premyer Liqası 2009/2010 mövsümü ilə 2017/2018 mövsümü arasında “Mançester Siti”ni 100-dən çox maliyyə qaydalarını pozmaqda ittiham edib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, kluba maliyyə pozuntularına görə hər hansı sanksiyaların tətbiq oluna biləcəyi bir vaxtda Xosep Qvardiolanın istefası gözlənilir.
Bu arada Qvardiolanın 2022-ci ilin mayında dediyi sözləri də xatırlanıb. Baş məşqçi bildirib ki, 2020-ci ildə klub maliyyə feyr-pleyini pozmaqda ittiham olunanda, “Siti”ni tərk edə bilərdi:
“Rəhbərliyə dedim, mənə yalan danışsan, ertəsi gün klubda olmayacağam. Mən ayrılacağam və daha sizi dost hesab etməyəcəyəm. Amma mən onlara baxıram və Mançester Siti-dəki ilk gündən onlara 100 faiz inanıram. Buna görə də klubu müdafiə etməyə hazıram”.