Qvardiola məşqçilik karyerasında  ən çətin rəqibi   AÇIQLADI
14 oktyabr 2024 16:05 (UTC +04:00)

Qvardiola məşqçilik karyerasında ən çətin rəqibi AÇIQLADI

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Yurgen Kloppun rəhbərlik etdiyi "Liverpul"u məşqçilik karyerasının ən çətin rəqibi hesab edir.

“Kloppun rəhbərliyi altındakı “Liverpul” mənim üçün ən çətin komandaydı, çünki oyun tərzinə görə onlara qarşı çıxmaq çox çətin idi, ona görə də onlara qarşı əldə etdiyimiz uğurları qiymətləndirirəm. Bu, əldə etdiyimiz ən böyük uğurdur”, - Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Qvardiola söyləyib.

Klopp mersisaydlıları 2015-ci il oktyabrın 8-dən çalışdırıb. Bu müddət ərzində 56 yaşlı çalışdırıcı "qırmızılar"ın heyətində 7 kubok qazanıb. Yurgenin rəhbərliyi altında "Liverpul" Çempionlar Liqası, Premyer Liqa, Liqa Kuboku, İngiltərə Kuboku, UEFA Super Kuboku və Klublararası Dünya Çempionatının qalibi olub. Klopp ötən mövsümün sonunda "Liverpul"dan ayrılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 972
avatar

Oxşar yazılar