Xorvatiyalı müdafiəçi Yoşko Qvardiol ispaniyalı Xosep Qvardiolanın çalışdırdığı "Mançester Siti"yə keçib.
Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə “şəhərlilər”in saytında məlumat verilib.
Qvardiol yay transfer pəncərəsində İngiltərə çempionunun ikinci transferi olub. “Mançester Siti” bundan əvvəl Qvardiolun həmyerlisi xorvatiyalı Mateo Kovaçiçlə müqavilə imzalayıb.
Qvardiol da Kovaçiç kimi karyerasına Zaqreb “Dinamo”sunda başlayıb, ikiqat Xorvatiya çempionu olub, ölkə kubokunu və Superkubokunu qazanıb, daha sonra Almaniyanın “Leypsiq”inə keçib.
Daha əvvəl "şəhərlilər"in Qvardiolun transferi üçün "Leypsiq"ə 90 milyon avro və bonus olaraq 10 milyon avro ödəyəcəyi bildirilirdi. Bu məbləğ onu futbol tarixinin ən bahalı müdafiəçisi edəcək.