Qeyri-adi  OYUN  – Komanda meydana 7 futbolçu ilə çıxdı
12 aprel 2021 13:48 (UTC +04:00)

Qeyri-adi OYUN – Komanda meydana 7 futbolçu ilə çıxdı

Kolumbiyanın yüksək diviziyasında qeyri-adi oyun baş tutub.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, “Aqilas”  “Çiko” ilə oyun üçün cəmisi 7 oyunçu açıqlayıb. Qalan 23 futbolçunun isə ya COVID-19  testi pozitiv çıxıb, ya da zədəli olublar. 

Oyunun təxirə salınması ilə bağlı bütün xahişlərə baxmayaraq, federasiya buna razılaşmayıb. Nəticədə meydana 5 meydan oyunçusu və iki qapıçı çıxıb, onlardan biri müdafiədə oynayıb. Onlar rəqibin 11 oyunçusuna qarşı mübarizə aparıblar. 

Gülməlidir ki, 57-ci dəqiqəyə qədər hesab 0:0 olub, lakin komanda sonra 3 qol buraxıb. Hakim 79-cu dəqiqədə oyunu saxlayıb. 

“Aqilas”ın heyətində futbolçu zədələndiyindən oyunu davam etdirə bilməyib. FİFA qaydalarına görə, meydanda 7 oyunçudan az ola bilməz. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2514
avatar

Oxşar yazılar