Sənan Qurbanov
25 yanvar 2021 11:31 (UTC +04:00)

Sənan Qurbanov

"Qəbələ"nin keçmiş baş məşqçisinə yeni vəzifə verildi

“Keşlə”nin yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az xəbər verir ki, klub bu barədə rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, İdarə Heyətinin qərarına əsasən, komandanı Sənan Qurbanov çalışdıracaq. 40 yaşlı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb. O, bu postda dünən istefaya verən Yunis Hüseynovu əvəzləyib.

Qeyd edək ki, Sənan Qurbanov buna qədər 2018/19 mövsümündə "Qəbələ”nin baş məşqçisi olub.

# 1395
avatar

Oxşar yazılar