Qazaxıstanlı futbolçu, "Tobol" klubunun və Qazaxıstan millisinin qapıçısı Stas Pokatilov Azərbaycanın "Sabah" futbol klubunun futbolçusu olub.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu, yanvarın 21-də Qazaxıstan Futbol Federasiyasının “Instagram”ından məlum olub.
"Stas Pokatilov karyerasını Azərbaycanda davam etdirəcək. Yığmanın qapıçısı "Sabah"ın futbolçusu olub", - Qazaxıstan Futbol Federasiyası Stasa uğurlar arzulayıb.
Pokatilov əvvəllər “Akjayık” (2010-2013), “Şaxtyor” (2013-2015), “Aktobe” (2015-2016, 2022-2023), “Kayrat” (2016-2022), “Tobol” (2024) və Rusiyanın “Rostov” (2016) klublarında çıxış edib. Stas 2015-ci ildən Qazaxıstan millisində çıxış edib və 28 oyun keçirib.