“Napoli” baş məşqçisi Cennaro Qattuzonu istefaya göndərib.
Apasport.az saytının məlumatına görə, bunu Neapol təmsilçisinin prezidenti Aurelio De Laurentis açıqlayıb.
Klubun sahibi tvitter səhifəsi vasitəsilə çalışdırıcı ilə vidalaşdıqlarını bəyan edib. Buna səbəb A seriyasının son turunda “Verona” ilə heç-heçə edən (1:1) komandanın ilk “4-lüy”ə düşə bilməməsidir. Çempionlar Liqasından kənarda qalmaq Qattuzonun ayrılmasına səbəb olub.
Qeyd edək ki, 43 yaşlı çalışdırıcı 2018/19 mövsümündə “Milan”da eyni aqibətlə üzləşib, komandanın Çempionlar Liqasına vəsiqə üçün 1 xalı çatmayıb.