“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Marsel” aparıcı futbolçularından olan Bubakar Kamara ilə vidalaşmağa hazırlaşır.
Lent.az Apasport.az-a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu Avropa nəhənglərinin maraq dairəsində olmaqda davam edir.
Fransızlar “Bavariya”, “Çelsi”, “Mançester Yunayted” və “Barselona”nın heyətinə qatmağa çalışdığı milli üzvünü bu ay satmağın əleyhinə deyil. Çünki “Marsel” onun keçidindən indi gəlir əldə etməsə, Kamara yayda azad agent statusu alacaq. Bu baş verərsə, “Marsel” əsas heyət üzvünün xidmətindən fevralın 17-də və 24-də “Qarabağ”la keçiriləcək matçlarda məhrum olacaq.
Qeyd edək ki, dayaq yarımmüdafiəçisi bu mövsüm “Marsel”in heyətində bütün turnirlərdə 22 oyuna çıxıb, 1 qol vurub.