“Qarabağ”ın futbolçusu Kevin Medinanın qayıdışı uzun çəkəcək.
Apasport.az saytına verilən məlumata görə, Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun “Molde” ilə görüşündə zədələnən kolumbiyalı komandaya qarşıdakı görüşlərdə kömək edə bilməyəcək.
Onun təxminən iki ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Zədədən başqa, Medina cəzalı duruma düşdüyü üçün Avropa Liqasının qrup mərhələsinin son turunda “Hekken”lə görüşdə meydana çıxa bilməyəcək.
Qeyd edək ki, “Molde” - “Qarabağ” matçı 2:2 hesabı ilə nəticələnib.