“Qarabağ”  koronavirus testinin cavabını AÇIQLADI
19 dekabr 2020 13:13 (UTC +04:00)

“Qarabağ” koronavirus testinin cavabını AÇIQLADI

Azərbaycan Premyer Liqasının XII turunda “Qəbələ” ilə qarşılaşacaq “Qarabağ” koronavirus testindən keçib.

Apasport.az saytının məlumatına görə, bu gün nəticələrin cavabı bilinib.

Bütün komandadan götürülən testin nəticəsində yeni yoluxma faktı aşkarlanmayıb. Ağdam təmsilçisində aktiv xəstə olan qapıçı Şahruddin Məhəmmədəliyev və hücumçu Xayme Romeronun 14 günlük karantin müddəti başa çatmadığından, onlar Qəbələyə aparılmayıb.

Qeyd edək ki, dekabrın 20-də keçiriləcək “Qəbələ” – “Qarabağ” görüşü saat 15:00-da başlayacaq.

# 1545
avatar

Yalçın UĞUR

Oxşar yazılar