“Qarabağ” baş məşqçisi: Bu oyunlar Azərbaycan futbolu üçün böyük təcrübədir
23 fevral 2024 01:51 (UTC +04:00)

“Qarabağ” baş məşqçisi: Bu oyunlar Azərbaycan futbolu üçün böyük təcrübədir

“Epizodlarda mən də aqressiv oldum. Belə oyunlarda hamını nəzərə almaq lazımdır. Hər kəs qalib gəlmək istəyir, aqressiya normaldır. Amma bizə qarşı olan hər şeyin faydası var”. 

Lent.az xəbər verir ki, bu sözləri “Qarabağ” baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib. 
Təcrübəli mütəxəssis ümumi hesabda 6:5 qalib gələrək tarixlərində ilk dəfə avrokubokların 1/8 final mərhələsinə vəsiqə qazanmalarına münasibət bildirib: “Hər bir çətinliyə hazır olmaq lazımdır. Bu oyunlar bütün Azərbaycan futbolu üçün böyük təcrübədir. Dözüm, iradə bizim üçün çox lazımdır. Belə bir halda qələbə qazanmaq çox ləzzətli oldu. ⁠Biz ümidlə yaşayırıq və işləyirik. Qarşımıza məqsəd qoymasaq nəticəmiz olmaz. Bu cür qalibiyyətlər ümumilikdə ölkə futbolu üçün böyük uğur və inamdır. Əgər, hər hansı bir oyunda bizim şansımız varsa, maksimum bundan istifadə etməyə çalışacayıq. Bu klubda rəhbərlik başda olmaqla məsuliyyətsiz insan yoxdur. Əlavə vaxta hazırlaşanda futbolçularıma bir söz dedim ki, biz geri çəkilməməli və rəqibin üzərinə getməliyik. Rəqib ilk 90 dəqiqədə qalib gəldi. Hər şey 10 nəfərə qaldıqdan sonra başladı. 100 faizlik qol epizodları oldu. Biz dünya futbolunda təcrübə göstərir ki, belə oyunçular olur. Futbolda belə hallar çox olur. Biz hamımız səbrli olmalıyıq. Bizim düşünmədiyimiz anlar çox olur”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3960
avatar

Oxşar yazılar