“Qarabağ” 7-ci dəfə Azərbaycan kubokunun  qalibi oldu
27 may 2022 22:43 (UTC +04:00)

“Qarabağ” 7-ci dəfə Azərbaycan kubokunun qalibi oldu

Azərbaycan kubokunda 2021/22 mövsümü başa çatıb.

Apasport.az saytının məlumatına görə, 30-cu ölkə kubokunun qalibi Qəbələ şəhər stadionundakı final matçında müəyyənləşib.

Həlledici görüşdə Premyer Liqanın çempionu “Qarabağ”la bürünc mükafatçısı “Zirə” üz-üzə gəlib. Qarşılaşmada hesabı Bakı klubu açıb. Hamidu Keyta ilk yarıda ağdamlıların qapısına yol tapıb.

Qurban Qurbanovun yetirmələri yalnız fasilədən sonra hesabda tarazlıq yaradıb. Abdullah Zubir “Zirə”ni məyus edib – 1:1. Rəqibini təzyiq altında saxlayan “Qarabağ” bir neçə dəfə hesabda önə keçməyə yaxın olsa da, bunu əsas vaxtda bacarmayıb.

Görüşün 90 dəqiqəsi kimi əlavə yarım saatında da qalib müəyyənləşməyib. Komandalar son iki hissəni qolsuz başa vurub.

Kubokun sahibi penaltilər seriyasında məlum olub. Zərbələri daha dəqiq yerinə yetirən “Qarabağ” 7-ci dəfə bu titula yiyələnib.

Azərbaycan kuboku
Final
27 may
19:00. “Qarabağ” – “Zirə” - 1:1, pen. 4:3
Qollar:
Abdullah Zubir, 69 - Hamidu Keyta, 17
Penaltilər seriyası: Hamidu Keyta - 0:1, Qara Qarayev - 1:1, Davit Volkov - 1:1 (qapıçı), Maksim Medvedev - 2:1, Ahmed Ayzaya - 2:2, Kadi Borqes - 2:2 (qapıçı), Cəlal Hüseynov - 2:3, Toral Bayramov - 3:3, Sertan Taşkın - 3:3 (qeyri-dəqiq), Ramil Şeydayev - 4:3
Baş hakim: Elçin Məsiyev
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 19. Filip Ozobiç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Patrik Andrade, 29. Marko Veşoviç, 20. Kadi Borqes, 25. Vadji İbrahima, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 18. İsmayıl İbrahimli, 77. Ramil Şeydayev, 7. Riçaerd Almeyda, 13. Bəhlul Mustafazadə, 11. Xayme Romero, 15. Leandro Andrade, 97. Rüstəm Əhmədzadə, 27. Toral Bayramov, 22. Musa Qurbanlı
Baş məşqçi: Qurban Qurbanov
“Zirə”: 41. Anar Nəzirov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev (k), 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 18. Davit Volkov, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 14. Hamidu Keyta, 4. Cəlal Hüseynov
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 22. Nail Alışov, 10. Ağabala Ramazanov, 2. Sertan Taşkın, 15. Ruslan Abışov, 5. Rahil Məmmədov, 47. Mohamed Hamdaui, 9. Loris Broqno, 99. Ahmed Ayzaya, 13. Ramin Əhmədov, 56. Samir Ağayev, 27. Tamerlan Burcəliyev
Baş məşqçi: Rəşad Sadıqov
Qəbələ şəhər stadionu

# 954
avatar

Oxşar yazılar