Dünya çempionatının H qrupunda mübarizə aparan komandalar arasında ikinci turun bir oyunu keçirilib.
Lent.az xəbər verir ki, Cənubi Koreya millisi Qana ilə görüşüb. 24-cü dəqiqədə müdafiəçi Məhəmməd Salisu hesabı açıb, on dəqiqə sonra Qana millisinin yarımmüdafiəçisi Məhəmməd Kudus komandasının üstünlüyünü ikiqat artırıb.
İkinci hissənin 58 və 61-ci dəqiqələrində Que Son Ço vurquğu qollarla hesabı bərabərləşdirib. Bundan 5 dəqiqə sonra Məhəmməd Kudus Qana millisini hesabda yenə önə çıxarıb.
İlk turun görüşlərində Qana millisi Portuqaliya komandasına uduzub - 2:3, Cənubi Koreya futbolçuları isə Uruqvayla heç-heçə oynayıb - 0:0.
Bu gün saat 23:00-da Portuqaliya və Uruqvay milliləri görüşəcək.