“Qalatasaray”ın keçmiş futbolçu Kristian Luyindama ölkəsi Konqoda yeni iş qurub.
Lent.az Türkiyə mediasına istinadla bildirir ki, bu yay 30 yaşında futbolla vidalaşan Luyindama ölkəsində beynəlxalq standartlara cavab verən klinika açıb. O, müdir kreslosunda fotolarını sosial şəbəkədə yayıb.
Bundan əlavə, keçmiş futbolçunun futboldan qazandığı pullarla ölkəsinin iqtisadiyyatına sərmayə qoyacağı bildirilir.
Qeyd edək ki, Luyindama 2019-2020 Çempionlar Liqası mövsümündə PSJ-yə 1-0 uduzduqları oyunda Mbappeyə imkan vermədiyi üçün məşhurlaşmış və azarkeşlərin rəğbətini qazanmışdı.