“Qalatasaray”ın daha bir futbolçusu koronavirusa yoluxdu
31 mart 2021 17:40 (UTC +04:00)

“Qalatasaray”ın daha bir futbolçusu koronavirusa yoluxdu

“Qalatasaray” yeni koronavirus testinin nəticələrini açıqlayıb.

Apasport.az xəbər verir ki, klub rəsmi saytı vasitəsilə bir oyunçunun virusa yoluxduğunu bəyan edib.

Bildirilib ki, Türkiyə millisinin düşərgəsindən döndükdən sonra testdən keçirilən adı açıqlanmayan həmin şəxsin cavabı pozitiv olduğu üçün karantinə alınıb.

Qeyd edək ki, “Qalatasaray”ın bir futbolçusu da Türkiyə yığmasında olarkən koronavirusa yoluxmuş və karantinə alınaraq müalicəsinə başlanılmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2076
avatar

Oxşar yazılar