“Qalatasaray” qış fasiləsində yola salmaq istədiyi ilk futbolçunu müəyyənləşdirib.
Apasport.az saytının məlumatına görə, müdafiəçi Patrik van Anholtun çıxışı məşqçilər korpusunun ürəyincə olmayıb.
Yay fasiləsində “Kristal Pelas”dan ayrılaraq “cim-bom”la 3 illik müqavilə imzalayan Niderland millisinin üzvü zəif çıxışla diqqət çəkib. Bu üzdən 31 yaşlı sol cinah oyunçusu baş məşqçi Fatih Terimin gələcək planlarında yer almayıb. Təcrübəli mütəxəssis artıq həmin mövqeyə oyunçu alınması üçün göstəriş verib.
Van Anholtla yolların ayrılması ilə bağlı qərarın verilməsində onun yüksək məbləğdə məvacib alması da rol oynayıb.