Türkiyə Super Liqası komandalarından “Qalatasaray”da gözlənilən ayrılıq baş tutub.
Lent.az xəbər verir ki, klub Hakim Ziyeşlə qarşılıqlı razılaşma əsasında, futbolçunun müqaviləsinə xitam verib.
Bu barədə Türkiyə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, Mərakeş millisinin üzvü ötən il "Qalatasaray"a "Çelsi"dən transfer olunmuşdu.
Qeyd edək ki, Ziyeş bu mövsüm "cimbom"un heyətində çıxış etdiyi 11 matçda 1 assistlə yadda qalıb.