“Qalatasaray” mövsüm başa çatmamış bir futbolçusu ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi yarımmüdafiəçi Yunes Belhandanın müqaviləsinin ləğv edildiyini bəyan edib.
Bildirilib ki, tərəflər qarşılıqlı razılıqla sözləşmənin xitam edilməsini qərara alıblar. Bununla mərakeşli yarımmüdafiəçi mövsümün sonunu gözləmədən komandadan ayrılmalı olub.
Qeyd edək ki, Yunes Belhanda “Qalatasaray”a 2017-ci ildə Kiyev “Dinamo”sundan keçib.