"Çelsi"nin yeni baş məşqçisi Maurisio Poçettino PSJ-nin idman siyasətini tənqid edib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 51 yaşlı mütəxəssis 2021-2022-ci illərdə Paris klubunda analoji postda çalışıb.
“PSJ-də hər şeyin Çempionlar Liqasını qazanmaqdan ibarət olduğunu bildiyimiz üçün bu vaxtdan çox şey öyrəndik. Əgər qalib gəlməsən, getməlisən.
Ümid edirəm ki, bu dəyişəcək, çünki PSJ ardıcıl olmağa layiqdir. Heç bir şey qurmasanız, ancaq böyük adlara imza atsanız, qalib gəlmək mümkün deyil. Ümumiyyətlə, daha ardıcıl olan klub qalib gəlir", - Poçettino vurğulayıb.
Çempionlar Liqasının son püşkatmasında PSJ "Bavariya"ya uduzaraq, 1/8 final mərhələsində mübarizədən kənarlaşdırılıb.