PSJ-nin baş məşqçisi Donnarummanı tənqidi dayandırmağı  xahiş edib
06 oktyabr 2024 16:04 (UTC +04:00)

PSJ-nin baş məşqçisi Donnarummanı tənqidi dayandırmağı xahiş edib

Fransanın PSJ futbol klubunun baş məşqçisi Luis Enrike ictimaiyyətdən komandanın italiyalı qapıçısı Canluici Donnarummanı səhvlərinə görə tənqid etməyi dayandırmağı xahiş edib.

Lent.az bildirir ki, bundan əvvəl “L'Equipe” qəzeti Donnarummanın Çempionlar Liqasının London “Arsenal”ı ilə oyununda (0:2) uğursuz çıxışına görə əsas qapıçı yerini itirə biləcəyini yazıb. Oyundan sonra Enrike Donnarummanın da digər oyunçular kimi son dərəcə aşağı səviyyədə oyun nümayiş etdirdiyini bildirib.

“Məğlubiyyətlərin günahkarı yalnız mənəm. Uduzanda bir oyunçunu danlamaq qəribə olardı. Hamı Donnarummanı tez-tez tənqid edir. Xahiş edirəm onu rahat buraxın və əvəzinə məni danlayın. Məğlubiyyətlər təkcə ona deyil, bütün komandaya aiddir”, - Enrike vurğulayıb.

İtaliyalı qapıçı bundan əvvəl zədə səbəbindən üç oyunu buraxmışdı. Donnarummanın yoxluğunda əsas qapıçının yerini 2024-cü ilin yayında “Krasnodar”dan PSJ-yə keçən rusiyalı Matvey Safonov tutub. Üç oyunda iki qol buraxaraq komandasına iki qələbə və bir heç-heçə qazandırıb. Paris komandasının üçüncü qapıçısı PSJ ilə 2023-cü ilin yayında müqavilə bağlayan ispaniyalı Arnau Tenasdır. Bu müddət ərzində o, altı oyun keçirib və yeddi qol buraxıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5121
avatar

Oxşar yazılar