PSJ klubun braziliyalı hücumçusu Neymarı satmağa hazırlaşır.
Lent.az xarici mediaya istinadən bildirir ki, Paris komandası 31 yaşlı futbolçu üçün minimum qiymət müəyyən edib. PSJ Neymarın satışından ən azı 58 milyon avro qazanmağı hədəfləyir.
Daha əvvəl mətbuatda braziliyalı ilə “Mançester Yunayted”, “Çelsi” və “Barselona”nın maraqlandığı bildirilirdi. Neymarın müqaviləsi 2025-ci ilin yayında başa çatır.
Kataloniya klubunun maliyyə problemləri səbəbindən hücumçunun "Barselona"ya qayıtması ehtimalı azdır.