"PSJ" Messiyə əvəzləyici   tapdı
15 oktyabr 2022 13:35 (UTC +04:00)

"PSJ" Messiyə əvəzləyici tapdı

"PSJ"nin hücumçusu Lionel Messi mövsümün sonunda “Barselona”ya qayıtmaq niyyətindədir.

Lent.az Apasport.az-a istinadən xəbər verir ki, Fransa klubu bu vəziyyətlə artıq barışıb.

Bu səbəbdən parislilər argentinalının yerinə yeni oyunçu axtarışına çıxıb. "PSJ" rəhbərliyi “Atletiko”nun hücumçusu Joao Feliksin Leonu layiqincə əvəz edəcəyini düşünür. Onlar Portuqaliya millisinin üzvünün Madrid təmsilçisində potensialını tam aça bilmədiyini hesab edir.

Qeyd edək ki, Lionel Messi gələcəyi ilə bağlı yekun qərarını Qətərdə keçiriləcək dünya çempionatından sonra verəcəyini söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1959
avatar

Oxşar yazılar