"Mançester Siti"nin hücumçusu Xulian Alvares karyerasını PSJ-də davam etdirə bilər.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, insayder və jurnalist Fabrisio Romanonun sözlərinə görə, Paris klubu futbolçunun transferində son dərəcə maraqlıdır. Parislilər artıq "Mançester Siti"yə müraciət ediblər.
Futbolçunun özü də daha çox oyun vaxtı olarsa, transfer variantını nəzərdən keçirməyə hazırdır. "Mançester Siti" rəhbərliyi 24 yaşlı hücumçunu heyətində saxlamaqda maraqlıdır.
Ötən mövsüm Alvares bütün yarışlarda 54 oyunda iştirak edib, 19 qol vurub, 13 məhsuldar ötürmə edib.