"İnter"in baş icraçı direktoru Beppe Marotta müdafiəçi Milan Skrinjarın artıq komandanın kapitanı olmadığını açıqlayıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, bir gün əvvəl Milan Skrinyar karyerasını PSJ-də davam etdirəcəyini təsdiqləyib.
“Bu kədərli xəbərdir, çünki onun keçidi daha yaxşı təşkil oluna bilərdi. Skrinjar futbolçu kimi istədiyi qərarları verir. Danışıqlar oyunçunun hüququdur və bunu bilirik. O, artıq kapitanımız olmayacaq”, - Marotta bildirib.
Bu mövsüm Skrinjar 19 matçda iştirak edib və qol vura bilməyib. O, 2017/2018 mövsümündən Milan klubunda çıxış edir. Transfermarkt-ın məlumatına görə, slovak müdafiəçinin bazar dəyəri 60 milyon avrodur.