İngiltərə Premyer Liqası tarixində ən çox qırmızı vərəqə alan klubların adları açıqlanıb.
Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, XXI turda “Mançester Siti” ilə qarşılaşmada (1:2) Qabrielin meydandan qovulması “Arsenal”ın çempionat tarixində 100-cü qırmızı vərəqəsi olub.
Bununla “topçular” bu baxımdan 100-ə çatan ilk klub olub. Mikel Artetanın gəlişindən sonra 11 dəfə meydanı azlıqda tərk etməli olan London təmsilçisini “Everton” izləyir. “Mersisaydlılar” “Arsenal”dan cəmi 1 qırmızı geri qalır.
İlk “üçlüy”ü isə “Nyukasl” qapayır. Premyer Liqa nəhənglərindən yalnız “Liverpul” ilk “10-luq”dan geri qalıb.
1. “Arsenal” - 100 qırmızı vərəqə
2. “Everton” - 99
3. “Nyukasl” - 90
4. “Çelsi” - 82
5. “Vest Hem” - 77
6. “Blekbörn” - 76
7. “Mançester Siti” - 72
8. “Tottenhem” - 69
9. “Mançester Yunayted” - 68
10. “Sauthempton” – 63