"Spartak"ın sabiq baş məşqçisi Ruy Vitoriya Portuqaliya millisinə rəhbərlik edə bilər.
Lent.az bildirir ki, bu barədə yerli mətbuat xəbər verir.
Mənbənin məlumatına görə, komandanın hazırkı baş məşqçisi Fernando Santuşun istefaya göndəriləcəyi ehtimalı var. Vitoriya, Portuqaliya Futbol Federasiyasının (FPF) prezidenti Fernando Qomeşlə çox yaxşı münasibətə malik olduğu üçün bu vəzifənin favoritlərindən biri kimi görülür.
Xatırladaq ki, Vitoriya hazırda Misir millisini çalışdırır və onun müqaviləsi 2026-cı ilin iyuluna qədərdir.