Pol Poqba "Yuventus"la 4 illik müqavilə imzalayacaq
06 iyul 2022 13:39 (UTC +04:00)

Pol Poqba "Yuventus"la 4 illik müqavilə imzalayacaq

İngiltərənin “Mançester Yunayted” klubundan azad agent kimi ayrılan 29 yaşlı yarımmüdafiəçi Pol Poqba İtaliyanın “Yuventus” klubu ilə 4 illik müqavilə imzalayacaq.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Fransa millisinin heyətində dünya çempionu olan futbolçu iyulun 9-da Turinə gələcək. Həmin gün o, tibbi müayinədən keçəcək və müqavilə imzalayacaq.

Poqba 2012-2016-cı illərdə "Yuventus"da çıxış edib və 177 oyunda 34 qol vurub.

# 1545
avatar

Oxşar yazılar