Pele, əfsanəvi futbolçu
09 aprel 2021 15:21 (UTC +04:00)

Pele, əfsanəvi futbolçu

Peleyə qarşı ÜSYAN: Əfsanəvi stadionu “Futbol Kralı”na verməyəcəklər

Rio-de-Janeyro ştatının hakimiyyəti yerli sakinlərin kütləvi narazılığına görə əfsanəvi Marakana stadionunu “Futbol Kralı” Pele şərəfinə dəyişdirmək fikrindən imtina edib.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, mart ayında Braziliya rəhbərliyi üçqat dünya çempionu şərəfinə stadionun adını dəyişdirmək üçün bir qanun layihəsi hazırlayıb. 

Arenanın "Edson Arantis du Nasimentu - Kral Pele" ("Kral Pelenin stadionu") adlandırılması planlaşdırılırdı. Lakin aprelin 8-də ştatın qubernatoru yerli əhalinin narazılığına görə bu qərarı veto edib.

İnsanlar heç vaxt ştatlarında yaşamamış bir futbolçunun adını daşıyan bir şəhərin əlamətdar adını dəyişdirməyi yersiz hesab edirlər.

Layihənin əleyhinə çıxanlar arasında Pele ilə birlikdə 1970-ci ildə dünya çempionu olan Qerson və sayəsində 1950-ci ildə "Marakana" layihəsi reallaşan braziliyalı jurnalist Mario Filyunun nəvəsi də var. 

Pelenin 2020-ci ildə 80 yaşı tamam olub. 


 

# 1740
avatar

Oxşar yazılar