Rusiya kubokunda Moskvanın “Spartak” və Peterburqun “Zenit” komandasının görüşü zamanı kütləvi dava baş verib.
Lent.az-ın xəbərinə görə, heç-heçə bitən əsas vaxtdan sonra komandaların oyunçuları arasında dava düşüb.
Davaya “Spartak”ın oyunçusunun “Zenit”in hücumçusuna təpik vurması səbəb olub. Bunun ardınca hakimlər və məşqçilər meydançaya daxil olub. Davaya görə hər tərəfdən 3 oyunçu qırmızı vərəqə alıb.