Oruc tutan futbolçularla bağlı QƏRAR VERİLDİ  - İngiltərədə
29 aprel 2021 14:22 (UTC +04:00)

Oruc tutan futbolçularla bağlı QƏRAR VERİLDİ - İngiltərədə

İngiltərə Premyer Liqasının rəhbərliyi Ramazan ayı ilə bağlı yeni qərar qəbul edib.

Apasport.az saytının məlumatına görə, qurum oruc tutan futbolçuların nəzərə alınması barədə təlimat verib.

Üç gün əvvəl “Lester” – “Kristal Pelas” matçından əvvəl kapitanlar baş hakimə yaxınlaşaraq yarım saatın tamamında görüşün dayandırılmasını xahiş edib, referi buna razılıq verib. Premyer Liqa rəhbərliyi də bundan sonra futbolçuların oruclarını açması üçün iftar vaxtına düşən görüşlərdə kapitanlarla hakimlərin öncədən söhbətləşməsi və razılaşması yönündə tapşırıq verib.

Qeyd edək ki, “Lester” – “Kristal Pelas” matçında ev sahiblərindən Uesli Fofana, qonaqlardan isə Şeyku Kuyatenin orucunu açması üçün oyun dayandırılmışdı.

# 2238
avatar

Oxşar yazılar