Onuncu dəfə ölkəsinin  ən yaxşısı   seçildi
15 iyun 2022 19:55 (UTC +04:00)

Onuncu dəfə ölkəsinin ən yaxşısı seçildi

İspaniya çempionu "Real”ın yarımmüdafiəçisi və Xorvatiya millisinin heyətində vitse-dünya çempionu Luka Modriç 10-cu dəfə ölkəsinin ən yaxşı futbolçusu seçilib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, 36 yaşlı futbolçu ardıcıl 6-cı dəfə bu mükafatı alıb. Ən yaxşı qapıçı adına Zaqreb “Dinamo”sunun futbolçusu Dominik Livakoviç layiq görülüb.

Modriç ötən mövsüm "Real"ın heyətində 45 oyuna çıxıb, 3 qol vurub və 12 məhsuldar ötürmə verib. "Kral klubu" yarımmüdafiəçi ilə müqaviləni növbəti mövsümün sonuna kimi uzadıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1704
avatar

Oxşar yazılar