Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) XXI əsrin ilk onilliyinin ən yaxşı liqalarının siyahısını açıqlayıb.
Apasport.az saytının məlumatına görə, cədvəldə 2001-2010-cu illərdə planetin 50 ən yaxşı çempionatı yer alıb.
Azərbaycan çempionatı siyahıdan kənar qalıb. Buna əsrin əvvəllərində çempionatın bərbad durumda olması, hətta bir mövsümün yarımçıq qalıb, digərinin keçirilməməsi səbəb olub. Klublarımızın idealdan çox-çox uzaq olduğu illər üçün liqa da 50 ən yaxşı arasına düşməyib.
Cədvələ İngiltərə Premyer Liqası başçılıq edir. İspaniya La Liqası ikinci, İtaliya A seriyası üçüncüdür.
Qardaş Türkiyə çempionatı da ən yaxşılar arasındadır. Super Liqa dünyada 11-cidir.
1. İngiltərə - 11516,0
2. İspaniya - 11120,0
3. İtaliya - 10640,0
4. Braziliya - 9367,0
5. Almaniya - 9235,0
6. Fransa - 8762,5
7. Argentina - 8753,0
8. Niderland - 7247,5
9. Portuqaliya - 6817,5
10. Meksika - 6526,0
11. Türkiyə - 6250,0
12. Yunanıstan - 6193,0