Britaniyalı motosiklet yarışçısı Mark Perslou Men adasındakı yarışda qəza zamanı aldığı xəsarətlərdən dünyasını dəyişib.
Lent.az xarici mediaya istinadla bildirir ki, qəza təsnifat mərhələsinin üçüncü raundunda baş verib.
29 yaşlı idmançı idarəetməni itirərək yoldan çıxıb. Bundan sonra Perslou ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Orada onu xilas etmək mümkün olmayıb.
Perslou 2017-ci ildə Men Qran Prisini qazanıb. O, karyerasında ikinci dəfə bu yarışa qatılıb.
Men adasındakı yol haqlı olaraq dünyanın ən çətin və təhlükəli yollarından biri hesab olunur. Ümumilikdə 1907-ci ildən bəri orada keçirilən yarışlarda 250-dən çox insan həlak olub.