Lorel Habbard
06 may 2021 12:19 (UTC +04:00)

Lorel Habbard

Olimpiya Oyunları tarixində ilk – transgender lisenziya qazandı

Olimpiya Oyunları tarixində ilk dəfə transgender idmançı yarışa lisenziya qazanıb.

Apasport.az saytının məlumatına görə, bu, Yeni Zelandiya ağırlıqqaldıranı Lorel Habbarddır.

O, Beynəlxalq Olimpiya Komitəsinin yeni təsnifat qaydalarını açıqlamasından sonra Tokio-2020-yə vəsiqəni təmin edib. Bu qaydaların dəyişməsinə isə koronavirus səbəbindən əksər yarışların ləğvi səbəb olub.

Habbard 87 kq çəki dərəcəsində reytinqdə 16-cıdır. Amma onu qabaqlayan 15 idmançıdan ən azı altısı dopinqlə bağlı cəza səbəbindən Tokioda çıxış edə bilməyəcək.

Yeni Zelandiya təmsilçisi Olimpiadalar tarixinin ilk cinsini dəyişən idmançısı olmaqla yanaşı həm də ən yaşlı qadın ağır atletdir. O, 43 yaşında Olimpiya Oyunlarına qatılacaq. 

Qeyd edək ki, əvvəl Qevin Habbard kimi çıxış edən idmançı 35 yaşında cinsini dəyişib. O, DÇ-2017-nin gümüş mükafatçısıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2262
avatar

Oxşar yazılar