ABŞ-ın hokkey üzrə Olimpiya çempionu Mark Pavelic müalicə mərkəzindəki otağında ölü tapılıb.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, 63 yaşlı keçmiş idmançının ölüm səbəbi məlum deyil. Paveliçi sonuncu dəfə martın 3-də görüblər. Onun ruhi probleminin olduğu bildirilir. Paveliç Minnesota ştatının Sok-Senterdəki bir müalicə mərkəzində saxlanılırdı.
2019-cu ildə hücum və silah saxlamaq ittihamları ilə üzləşmişdi. Səbəb Pavelicin qonşusu ilə münaqişəsi idi. Keçmiş hokkeyçi guya bir adama hücum edərək onu yaralamışdı. Ancaq idmançının məhkəməsi, Pavelicin ruhi problemi səbəbiylə təxirə salınmışdı. Məhkəmədə iştirak etmək qabiliyyəti olmadığı müəyyən edilmişdi.
Pavelic "buz üzərində möcüzə"də iştirak etmişdi - Amerika hokkeyçilərinin Leyk-Plesidəki oyunlarda turnirin favoriti sayılan SSRİ-dən olan rəqibləri üzərində qələbəsinə görə.
Paveliç Milli Hokkey Liqasında “Nyu-York Reyncers” və San-Xose Şarks”ı təmsil etmişdi.