“Mançester Yunayted”in futbolçusu Cessi Linqard gələcək karyerası ilə bağlı qərarını verib.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Premyer Liqa təmsilçisini tərk etməyəcək.
29 yaşlı futbolçu əsas heyətə düşmək uğrunda mübarizə aparmağa köklənib. “Nyukasl”ın maraq dairəsində olan Linqard heç bir klubun təklifini qəbul etməyəcəyini qətiləşdirib.