“Barselona”nın baş məşqçisi Xavi və klub rəhbərliyi yeni müqavilə imzalayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, mütəxəssis ən azı daha 3 il komandada qalacaq.
Əməkdaşlığın davam etdirilməsi ilə bağlı rəsmi açıqlama yaxın günlərdə gözlənilir.
Xatırladaq ki, Xavi 2021-ci ilin dekabrından mavi qranata rəhbərlik edir. Bu mövsüm o, iki titul qazanmağı bacarıb - İspaniya Superkuboku və İspaniya çempionatı.