Novosibirskdən olan rusiyalı boksçu Arest Saakyan Tolyattidə keçirilən turnirdə nokautla məğlub olduqdan 11 gün sonra vəfat edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə idmançının qohumu Svetlana Petrosyan “Instagram”da məlumat yayıb.
Dekabrın 26-da final döyüşündə Saakyan başından zərbə alıb və nokautla məğlub olub.
Xəstəxanada idmançı cərrahiyyə əməliyyatı keçirib, bundan sonra beyinində ödem yaranıb. Saakyan 10 gün komada olub və bir daha özünə gəlməyib.
Petrosyan bildirib ki, Saakyan yanvarın 7-də dünyasını dəyişib.
Qeyd edək ki, Saakyanın 26 yaşı var idi. İdmançı boksla yanaşı, qarışıq döyüş növləri ilə də məşğul olub.