Neymarın taleyi Mbappedən asılıdır
11 iyul 2023 15:17 (UTC +04:00)

Neymarın taleyi Mbappedən asılıdır

PSJ-nin hücumçusu Neymarın Fransa klubunda gələcəyi parisli hücumçu Kilian Mbappenin taleyindən asılıdır.

Lent.az xarici mediaya istinadla bildirir ki, Mbappe bu yay PSJ-dən ayrılsa, o zaman parislilər Neymarı heyətində saxlayacaqlar. Əks halda braziliyalı transferə çıxarıla bilər.

Bildirilir ki, Neymar gələcəyi ilə bağlı qərar verməkdə tələsmək istəmir və PSJ-də oynamağa davam etməyə hazırdır.

Neymar PSJ-ni tərk edərsə, böyük ehtimalla bu, parislilərin braziliyalı hücumçunun maaşının bir hissəsini ödəyəcəyi icarə əsasında baş verəcək.

Ötən mövsüm 31 yaşlı Neymar PSJ-nin heyətində bütün turnirlərdə 29 oyuna çıxıb, 18 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1494
avatar

Oxşar yazılar