Braziliyalı hücumçu Neymar “Pari Sen-Jermen”(PSJ) ilə yeni müqavilə imzalayıb.
Lent.az bildirir ki, jurnalist Fabrisio Romano özünün “Twitter” səhifəsində məlumat yayıb.
29 yaşlı braziliyalının razılaşması 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulur.
Vergilərdən sonra Neymar bonus ödəmələri xaric mövsüm başına 30 milyon avro alacaq. PSJ Çempionlar liqasında qalib gələrsə, bonus da nəzərdə tutulur.