Bu günlərdə Las-Veqasda Dünya poker seriyası tam sürətlə davam edir.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, dünyanın hər yerindən ən yaxşı oyunçular WSOP qızıl bilərzik uduşu üçün Bally's və Paris kazinolarına gəliblər.
Ən böyük seriyanı təkcə peşəkar poker oyunçuları deyil, həm də boş vaxtlarında əylənmək istəyən digər idmançılar ziyarət edir. Məsələn, amerikalı futbolçu Kalais Kempbell bu yaxınlarda WSOP-da görünüb.
PSJ ulduz oyunçusu Neymar da Ümumdünya poker seriyasına gedib. Braziliyalı Limit Holdem tədbirinə 10 min dollara daxil olub.
Ümumilikdə turnirə 75 müraciət edilib, lakin futbolçu mükafatlara çata bilməyib. Ardıcıl bir neçə bank toplayan Neymar yenə də uğursuz çıxış edərək, tədbiri 60-cı yerdə başa vurub.
Qeyd edək ki, yeni il ərəfəsində Neymar bir neçə turnirin mükafatlarına layiq görülüb və onlardan birində üçüncü yer braziliyalıya 125 min dollar qazandırmışdı.