AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az saytının məlumatına görə, yığıncaqda “Neftçi”nin baş məşqçisi Samir Abasovla bağlı qərar verilib.
Aprelin 25-də Premyer Liqanın XXIV turunun “Sabah” – “Neftçi” oyununda “Neftçi” klubunun baş məşqçisi Samir Abasov oyundan sonra dava-dalaşa təhrik edici hərəkətlər etməsinə, aqressivlik göstərməsinə, mətbuat konfrası zamanı hakimin qərarlarını müzakirə etməsinə və qeyri-etik ifadələr işlətməsinə görə 2 oyun cəzalanır klub 4000 manat cərimə olunur.